Hər bir kişinin alət çantasında, hər bir evin isə küncündə mütləq bir drel olmalıdır. Amma mağazaya girəndə model çoxluğu adamı çaşdırır: "Zərbəli", "Batareyalı", "Perforator"... Gəlin, Tvim.az-da davam edən Bosch kampaniyasındakı əsas modellər üzərindən hansının sizə daha uyğun olduğunu birlikdə seçək.
-500x500.webp)
1. GSB 183-LI (Zərbəli Drel)
Əgər "bir dənə alım, hər işimə yarasın"
deyirsinizsə, bu model tam sizlikdir.
-Nə üçün istifadə edilir? Həm taxtanı, həm metalı, həm də evdəki
kərpic divarları deşmək üçün.
-Niyə bu? Çünki bu drel zərbəli funksiyaya malikdir. Yəni
divarı sadəcə fırlanaraq deyil, həm də irəli-geri döyəcləyərək deşir.
-Kampaniya üstünlüyü: Hazırda bu model "1+1" kampaniyasındadır. Yəni həm peşəkar alət alırsınız, həm də əlavə üstünlük qazanırsınız.

2. GSR 185-LI və GSR 120-LI
Bu modellər daha çox mebel yığanlar və incə təmir işləri görənlər üçündür.
-Nə üçün istifadə edilir? Mebellərin vintlərini sıxmaq, taxta
və plastik üzərində deliklər açmaq üçün.
-Fərqi nədir? Bunlar "zərbəsiz" modellərdir. Daha
yüngül və yığcamdırlar. Əliniz yorulmadan saatlarla işləyə bilərsiniz.
-Dəst üstünlüyü: Kampaniyada GSR 120-LI + GSR 185-LI dəsti var. Burada həm drel, həm də daha güclü vint-sıxan (vint-vuran) bir yerdə, xüsusi çantasında gəlir. Peşəkar dəst axtaranlar üçün əla fürsətdir.

3. GBH 2-26 DREL (Perforator)
Əgər qarşınızda beton divar varsa, adi drel burada aciz
qalacaq. Sizə perforator lazımdır.
-Nə üçün istifadə edilir? Bərk beton divarları deşmək, köhnə
kafelləri söküb tökmək üçün.
-Niyə Bosch? Bosch-un bu modeli illərdir ustaların ən sevimli alətidir. Çox dözümlü və güclüdür.
Drel alarkən bunları unutmayın:
Siyahımızda təkcə drellər yox, həm də onlara uyğun
aksesuarlar var. Unutmayın ki, ən yaxşı drel belə, keyfiyyətsiz ucluqla
(sverlo) yaxşı iş görə bilməz:
-Sverlo dəstləri: Beton, metal və ya taxta üçün olan xüsusi
Bosch sverlo dəstləri (məsələn, V-line seriyası) işinizi 2 qat asanlaşdıracaq.
-Lobzik ağızlıqları: Əgər evdə kəsim işləri də görəcəksinizsə,
T144D və ya T118B ağızlıqlarından ehtiyat yığmağın tam zamanıdır.
Hansını Seçim?
-Mən evə alıram, həm rəf asacam, həm mebel quracam: GSB183-LI.
-Mən peşəkaram, hər gün mebel yığıram: GSR 185-LI və ya GSR120-LI dəsti.
-Mənə tikintidə betonla işləmək üçün lazımdır: GBH 2-26 DRE.
Tvim.az-da Bosch kampaniyasından yararlanaraq həm büdcənizə qənaət edə, həm də ömürlük alət sahibi ola bilərsiniz.
