Tikinti və inşaat materialları

TVİM-dən Alınan Malların Dəyişdirilməsi və Geri Qaytarılması Qaydaları

TVİM-dən online və ya digər formada alınan malların dəyişdirilməsi və geri qaytarılması aşağıdakı şərtlərə uyğun olaraq həyata keçirilir:

Geri Qaytarılma Qaydaları:

  • Azərbaycan Respublikasının "İstehlakçıların Hüquqlarının Müdafiəsi haqqında" Qanunun 15-ci maddəsinə əsasən, geri qaytarılması qadağan olunmayan bütün mallar əmtəə görünüşü və istehlak xüsusiyyətləri qorunmaq şərtilə 14 gün ərzində dəyişdirilə bilər (uyğun mal olmadıqda isə geri qaytarıla bilər).
  • Mallar təhvil alındıqda fiziki xüsusiyyətləri və funksionallığı yoxlanılmalıdır. Əgər hər hansı qüsur, irad, yanlış və ya əskik məhsul göndərişi varsa, dərhal çatdırılma əməkdaşına məlumat verilməlidir. Mal qəbul edildikdən sonra yaranan fiziki zədələrə görə şirkət məsuliyyət daşımır.

Aşağıdakı Hallarda Mallar Geri Qaytarılmır:

  • Qutunun Açılması: Əgər məhsulun orijinal qutusu, vakuumlu və ya blister qablaşdırması təkrar satışa mane olacaq dərəcədə zədələnibsə, cırılıbsa və ya açılıbsa (qutuda olan mallar üçün).
  • İstifadə Edilmiş Mallar: Məhsul istifadə olunubsa və istismar izləri varsa.
  • Deformasiya: Məhsulun əmtəə görünüşü, istehlak xüsusiyyətləri və fiziki göstəricilərində hər hansı deformasiya yaranıbsa.

Geri Qaytarılma Şərtləri:

  • Məhsulun alınması və çatdırılması zamanı təqdim olunan sənəd (elektron qaimə, kassa çeki və ya adi sənəd) saxlanmalı və təqdim edilməlidir.
  • Məhsul AR Nazirlər Kabinetinin müvafiq qərarına əsasən geri qaytarılması mümkün olmayan məhsullar siyahısına daxil deyilsə.

Nəqliyyat və Çatdırılma Xərcləri: 

  • Məhsulda istehsal qüsuru olduqda və ya TVİM tərəfindən yanlış (səhv) məhsul göndərildikdə geri qaytarılma və dəyişdirilmə xərcləri TVİM tərəfindən qarşılanır. Məhsulda heç bir qüsur və ya şirkət tərəfindən xəta olmadığı halda, müştəri öz istəyi ilə malı qaytarmaq və ya dəyişmək istəyərsə, yaranan bütün kuryer/çatdırılma xərcləri müştəri tərəfindən ödənilir.

İstehsal Qüsurlarına Görə Dəyişdirilmə və Geri Qaytarılma:

  • Məhsulun qüsursuz halda geri qaytarılması qanunvericiliyin 14 günlük şərtlərinə uyğun aparılır. İstehsal xətasına görə olan qüsurlar və ya məhsulun təhvil-təslim zamanı aşkar edilən qüsurlar olduğu halda isə məhsul qeyd-şərtsiz dəyişdirilir və ya geri alınır.

Məhsulun Geri Qaytarılması/Dəyişdirilməsi Zamanı:

Məhsul tam komplekt şəkildə, orijinal qablaşdırma, alış sənədləri və aksessuarları ilə birlikdə qaytarılmalıdır. Məhsulun geri ödənişi, mal anbara təhvil verildiyi və yoxlanıldığı tarixdən etibarən 3 iş günü ərzində (kartla edilən ödənişlər isə müştərinin kartına köçürülməklə) icra edilir.


Geri Qaytarılması Mümkün Olmayan Məhsullar:

Aşağıda qeyd olunan məhsullar geri qaytarılmaya və dəyişdirilməyə aid edilmir:

Dəri Məmulatları

Məktəb Ləvazimatları, Hədiyyəlik və Fərdi İstifadə Malları

Gigiyena Məhsulları

Sifariş Üzrə Hazırlanmış Şəxsi Məhsullar

Hissələrdən Yığılan və Montaj Edilərək Çatdırılan Məhsullar (Məsələn: Dəmir dolablar, mebel və s.)

Seyflər və Kassa Mühafizəsi Məqsədli Mallar


Bu qaydalar, müştərilərimizin məmnuniyyətini təmin etmək və alış-veriş təcrübəsini daha rahat etmək məqsədilə tətbiq edilir. 

Təmir və tikinti üçün lazım olan məhsulları seçməkdə sizə peşəkar dəstək veririk!

Bir sorğu göndərin və ən qısa zamanda sizinlə əlaqə saxlayaq

Göndər" düyməsini klikləməklə, şəxsi məlumatların emalına razılıq verirsiniz