Sifariş, Çatdırılma, Qaytarma və Dəyişdirmə Şərtləri
Əsas Anlayışlar:
- Alıcı Razılaşması: Bu sənəddə onlayn alış-veriş ilə əlaqədar aşağıda göstərilən bütün şərtlər nəzərdə tutulur.
- Alıcı: TVIM.az onlayn platformasında göstərilən texniki imkanlar vasitəsilə elektron ödəniş edərək məhsul və ya xidmət sifariş edən, həmçinin bu "Qaytarma və Dəyişdirmə Razılaşması"nın şərtlərini qəbul edən fiziki və ya hüquqi şəxs.
- Satıcı: TVIM MMC-yə məxsus TVIM.az portalında öz məhsul və ya xidmətlərini onlayn olaraq satan, satış və çatdırılma şərtlərini müəyyən edən fiziki və ya hüquqi şəxs.
- Portal: Malların və xidmətlərin onlayn satış məkanı olan TVIM.az internet səhifəsi.
- Məhsul(lar)/Xidmət(lər): Portalda yerləşdirilən hər hansı mallar, xidmətlər, materiallar, avadanlıqlar və digər əşyalar.
- Sifariş: Alıcının müəyyən etdiyi ünvana çatdırılması məqsədilə Portaldan mal və ya xidmət alınması üçün elektron formada Satıcıya göndərilən sifariş forması.
- Qaytarma: Alıcının Portaldan əldə etdiyi məhsulun Satıcıya qaytarılması və ödənilmiş məbləğin geri alınması.
- Dəyişdirmə: Alıcının əldə etdiyi məhsulun Satıcıya təqdim edilərək əvəzində başqa məhsulun alınması.
Xüsusi Şərtlər:
- Alıcı Portaldan mal və ya xidmət sifariş etməklə bu Razılaşmanın şərtlərini tam şəkildə qəbul edir.
- Portalda yerləşdirilən malların qaytarılması və dəyişdirilməsi Azərbaycan Respublikasının İstehlakçı Hüquqlarının Müdafiəsi haqqında Qanunun 15-ci maddəsi ilə tənzimlənir.
- Satıcı alışın şərtlərini öncədən xəbərdarlıq etmədən dəyişdirmək hüququna malikdir.
- Alışın baş tutması üçün Alıcı malın və ya xidmətin dəyərini tam şəkildə ödəmiş olmalıdır.
- Alıcı sifariş forması doldurarkən öz əlaqə məlumatlarının Satıcı tərəfindən istifadə edilməsinə razılıq verir.
- Sifarişin ləğvi və ya məhsulun mövcud olmaması hallarında Satıcı, Alıcıya sifarişin ləğvi barədə məlumat verməklə məsuliyyətdən azad olur.
Çatdırılma Qaydaları:
- Azərbaycan daxilində 200 AZN və daha yuxarı məbləğdə olan sifarişlər üçün çatdırılma PULSUZdur.
- Böyük həcmli yüklərın 3 iş gününə qədər vaxt ala bilər.
Mübahisələrin Həlli:
Bu Razılaşmadan irəli gələn bütün mübahisələr ilkin mərhələdə qarşılıqlı razılaşma yolu ilə həll olunmağa çalışılacaqdır. Əks halda, mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində həll ediləcəkdir.