TVİM-dən alınan malların dəyişdirilməsi və geri qaytarılması qaydaları

TVİM-dən onlayn və ya digər yollarla alınmış malların dəyişdirilməsi və geri qaytarılması aşağıdakı şərtlərə uyğun həyata keçirilir.


Geri qaytarma qaydaları

  • Azərbaycan Respublikasının "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanununun 15-ci maddəsinə əsasən, geri qaytarılması qadağan olunmayan mallar əmtəə görünüşü və istehlak xüsusiyyətləri qorunmaqla 14 gün ərzində dəyişdirilə bilər (əvəz edilməsi üçün uyğun mal olmadıqda pulun geri qaytarılması mümkündür).
  • Mallar təhvil zamanı fiziki xüsusiyyətlərinə və funksionallığına görə yoxlanılmalıdır. Hər hansı qüsur, uyğunsuzluq, səhv və ya çatışmayan mal aşkar edildikdə, kuryerə dərhal məlumat verilməlidir. Malın qəbul edilməsindən sonra baş verən fiziki zədələrə görə şirkət məsuliyyət daşımır.

Geri qaytarılmayan mallar

  • Qablaşdırmanın açılması — orijinal qutu, vakuum və ya bliste qablaşdırması zədələnmiş və ya yenidən satışa yararsız dərəcədə açılmışsa.
  • İstifadə olunmuş mallar — istifadə izləri və aşınma əlamətləri olan mallar.
  • Deformasiya — malın əmtəə görünüşünə, istehlak xüsusiyyətlərinə və fiziki vəziyyətinə təsir edən deformasiya olduqda.

Geri qaytarma şərtləri

  • Satış və çatdırılma zamanı verilmiş sənəd (elektron qaimə-faktura, kassa çeki və ya digər sənəd) saxlanılmalı və təqdim edilməlidir.
  • Mal Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən geri qaytarılması mümkün olmayan mallar kateqoriyasına aid olmamalıdır.

Nəqliyyat və çatdırılma xərcləri

  • İstehsal qüsuru olduqda və ya TVİM tərəfindən səhv mal göndərildikdə, geri qaytarma və dəyişdirmə ilə bağlı bütün xərcləri TVİM ödəyir.
  • Mal qüsursuzdursa və şirkət tərəfindən heç bir səhvə yol verilməyibsə, geri qaytarma və ya dəyişdirmə yalnız müştərinin istəyi ilə həyata keçirilirsə, kuryer/çatdırılma xərclərini müştəri ödəyir.

İstehsal qüsuru olduqda dəyişdirmə və geri qaytarma

  • Qüsursuz malların geri qaytarılması 14 günlük qanuni şərtə uyğun həyata keçirilir.
  • İstehsal qüsuru olduqda və ya təhvil zamanı aşkar edilən qüsurlar olduqda, mal qeyd-şərtsiz dəyişdirilir və ya geri qaytarılır.

Malın geri qaytarılması/dəyişdirilməsi zamanı

  • Mal tam komplektdə, orijinal qablaşdırmada, alış sənədləri və bütün aksesuarlarla birlikdə geri qaytarılmalıdır.
  • Malın dəyərinin geri qaytarılması, malın anbara qaytarılıb yoxlanıldığı tarixdən 3 iş günü ərzində həyata keçirilir (kartla ödənişlərin geri qaytarılması müştərinin kartına köçürülür).

Geri qaytarılması mümkün olmayan mallar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən aşağıdakı mallar geri qaytarılmır və dəyişdirilmir:

  • Dəri məmulatları
  • Məktəb ləvazimatları, hədiyyələr və şəxsi istifadə malları
  • Gigiyena məhsulları
  • Sifarişlə hazırlanan fərdi məhsullar
  • Hissələrdən yığılaraq çatdırılan məhsullar (məsələn: dəmir şkaflar, mebel və s.)
  • Seyf və pul mühafizəsi üçün mallar

Təmir və tikinti üçün lazım olan məhsulları seçməkdə sizə peşəkar dəstək veririk!

Bir sorğu göndərin və ən qısa zamanda sizinlə əlaqə saxlayaq

Fayl seçin

“Göndər” düyməsini klikləməklə, şəxsi məlumatların emalına razılıq verirsiniz.

geri qaytarılma qaydalarıməhsul dəyişdirilməsitvimtvim aztvim mmcmalların geri qaytarılmasıistehsal xətasıistehlakçı hüquqlarıməhsul qaytarılmasıqüsurlu məhsullarqaytarılmayan məhsullarməhsulun dəyişdirilməsigeri qaytarma şərtləriməhsul qaytarma qaydasıdəyişdirilmə şərtlərionlayn alış qaytarmaqaytarma prosesibakıazərbaycan